Kreativ və Qrafik dizayn xidmətləri

  • Şirkətinizə xüsusi firma stili lazımdır? Brendbuk yenidən işlənməli, logotip üçün isə yeni ideyalar lazımdır? Siz ən yeni fikirləri, yaradıcı düşüncələri müasir və ünsiyyətcil ideyaları bizdə tapa bilərsiniz!

    Loqo və qrafik dizayn xidmələri – Müştərinin şirkət və ya məhsul haqqında ilk təəssüratı onun və ya məhsulunun “sifət”i - yəni loqosu əsasında formalaşır desək yanılmarıq. Loqo tərtib edilərkən yalnız “hərf və simvol yığımı”ndan istifadə etmək qeyri-professional, zövqsüz və vulqar təəssürat yaradır. Loqo - individual, təkrarolunmaz, tam, dolğun, cəlbedici, müasir, yaddaqalan və bir o qədər də sadə olmalıdır. Sizin loqo bu meyarlara cavab vermirsə, yenidən düşünün. Bundan əlavə Sizə hər cür qrafik dizayn xidmətləri təklif edirik.

    Çöl reklamları – Tez – tez rast gəldiyimiz çöl reklamlarından hansı yadımızda qalıb? İnformasiyanın bol olduğu zaman və məkanda məhz Sizin reklamınızın tez nəzərə çarpması və yadda qalmasını təmin edirik. Sadəcə yazı deyil, gözəl tərtibat, yerləşdiyi ünvan və məkana uyğun dizaynlar (!), seçilmiş sözlər Sizi daim öndə aparacaq.

    Operativ poliqrafiya: naxış vurma (maykalar, şevron, gödəkçə və beysbolkalar üzərində), termokeçirmə. Buklet, təqvimlər (masaüstü, divar), stikerlər, paketlər (kağızdan və polietilen). Qovluqlar, laminasiya, oyma naxış, İD- kartlar, açıqcalar (otkrıtka), dəvətnamələr. Firma və özünün sürətini çıxaran blanklar, vizitkalar. Naxış açma, ploterli çap etmə və kəsmə.      

    Brendbukların hazırlanması

    İnternet saytlarının qrafik dizaynı