3D, Veb Və Multimedia Xidmətlər

  • Sizi virtual aləmdə də ən gözəl şəkildə tanıdırıq.Fərqli və fərdi yanaşmaq əsas meyarımızdır.Bu səbəbdən işimizi arzuladığınız istiqamətdə görürük.Arzularınızı reallaşdıracaq olanı seçin.

    Web xidmətləri – Sizə yaradıcı (“kreativ” demirik, çünki bu söz çoxları tərəfindən sui istifadə edilir J), korporativ, informativ saytların, onlayn satış sistemlərinin və bir çox web proyektlərin ən qabaqcıl texnologiyalar vasitəsilə hazırlanmasını və təhlükəsizliyinin qorunmasını təklif edirik. İstifadə etdiyimiz texnologiyalar arasında Adobe Flash, Action Script 3, PHP5, MySQL, AJAX, XML, JavaScript, Java, DHTML yer alır.

    SEO –Web saytların axtarış motorları üçün optimizasiyası. Saytlarınız niyə axtarış motorlarında ilk sıralarda yer almır, düşünmüsünüzmü heç? Sizin saytınızın ilk sırada çıxan saytdan nə fərqi var? Biz Sizə bu fərqi aradan götürməyə yardımçı olacağıq.

    3D modellәşdirmә vә 3D “scanning” – Məhsulunuzun reklamı üçün ən ucuz və effektiv vasitələrdən biri 3D modelləşdirmədir. Bu termini çox eşitmiş ola bilərsiniz. Ancaq “3D Skanlama” metodunu əsla. Ən yeni texnologiyalardan biri olan “3D skanlama” vasitəsilə məhsulun 3D modelinin hazırlanması vaxtı minimuma endirilir. Bunun nəticəsində nə qədər karlı çıxacağınızı düşünün.

    3D Virtual Reality – 2008-2009 mövsümünün son innovasiyalarından sayılan 3D Virtual Reality`ni Sizə təqdim edirik. Azərbaycanda analoqu olmayan bu texnologiyanı təqdimatlarda, prezentasiyalarda, stendlərdə, sərgilərdə, bir sözlə bir çox tanıtım fəaliyyətlərində istifadə edə bilərsiniz.

    İntellektual və interraktiv flash bannerlərin hazırlanması