AUDİO, VİDEO və TV reklamları

  • Heyrətləndirici səs və cəlbedici görünüşlə hazırladığımız reklam xidmətlərimizdəki mükəmməl effekt, sizi rəqiblərinizdən fərqləndirəcək və bir addım önə keçirəcək.

    Tanıtım diskləri - Tanıtım diskləri vasitәsilә siz özünüz vә ya şirkәtiniz barәdә vermәk istәdiyiniz bütün informasiyanı müştәriyә birbaşa çatdıra bilәrsiniz. Bu metodun digәr reklam vasitәlәrindәn әn üstün cәhәti odur ki, ucuz maliyyә xәrclәri hesabına siz bütün informasiyanızı әtraflı, görüntülü, bölmәlәrә ayıraraq - yәni hәr xırda elementlәri ilә potensial muştәriyә çatdırırsınız.

    TV reklamları və onların yerləşdirilməsi – TV reklamları ən effektiv reklam növlərindən sayılsa da bəzən onlar da nəticə vermir. Nəticə verməyən reklam, boş məsrəflər – yəni pulun havaya sovrulmasıdır. Biz Sizə keyfiyyətli reklam rolikləri və onların ən reytinqli (sözdə deyil, həqiqətdə) televiziya kanallarının Prime Time`larında yerləşdirilməsini təklif edirik.

    Radio reklamlar – Geniş kütləyə xitab baxımından TV reklamlardan heç də geridə qalmayan radio reklamları ilk növbədə düzgün tərtib olunmalıdır. Radio dinləyici “növbəti cansıxıcı” reklam deyərək  kanalı dəyişməməsi üçün, yenidən düşünün. Sözlərin, arxa fonun, müddətin, reklam vaxtının, reklam səsinin və s. düzgün seçilməsi nəticəsində dinləyiciyə istədiyiniz məlumatı çatdıra, onda məhsula qarşı maraq oyada bilərsiniz.

    Adaptasiya –Xarici reklamların Azərbaycan efir məkanına uyğunlaşdırılması üçün keyfiyyət itkisinə yol vermədən tərcümə edilməsində Sizə yardımçı olacağıq